Bu gün Avropa Liqasında qrup mərhələsinin üçüncü turunun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən "Qəbələ" də qrupdakı növbəti oyununa çıxacaq.
Bölgə təmsilçisi doğma meydanda Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə qarşılaşacaq. Roman Qriqorçukun komandası qrupdan çıxmaq şanslarını yaxşılaşdırmaq üçün Avropa nəhəngi ilə qarşılaşmada sensasion nəticəyə imza atmağa borcludur.
Bu gün "Qəbələ"nin yer aldığı qrupun digər oyununda "Krasnodar" (Rusiya) səfərdə PAOK-un (Yunanıstan) qonağı olacaq.
UEFA Avropa Liqası
C qrupu
22 oktyabr
20:00. “Qəbələ” - "Borussiya" 1-3
Qol:Pyer-Emerik Obameyanq,31,(0-1),38,(0-2),72,(0-3),Dodo,90+3,(1-3)
Baş hakim: İvan Bebek (Xorvatiya).
Bakı. "Bakcell Arena".