Bu gün Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçiriləcək.
Newsport.az-ın məlumatına görə, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti matçına çıxacaq.
Ağdam təmsilçisi səfərdə Fransanın “Monako” klubu ilə qarşılaşacaq.
Qrupda ikinci pillədə qərarlaşan Qurban Qurbanovun komandası səfərdən xalla dönməklə yerini qorumağa çalışacaq.
22 oktyabr
Avropa Liqasının qrup mərhələsi, III tur
J qrupu
22:00. “Monako” (Fransa) – “Qarabağ” 1-0
Qol: Traore, 70 (1:0)
Baş hakim: Yakob Kehlet
Baş hakimin köməkçiləri: Henrik Larsen, Heyn Sorensen
Monako. “Lui II” stadionu