Fransanın "Monako" klubunun hücumçusu Lasina Traore Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb.
Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:
"Rəqibə hörmətlə yanaşırıq. Bilirik ki, asan oyun olmayacaq. Amma biz üç xal qazanmağa çalışacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik. Bizim üçün əsas qələbə qazanmaqdır. Bizə bu oyun üçün əlavə motivasiyaya da ehtiyac yoxdur. Zədəli idim. İndi isə özümü yaxşı hiss edirəm. Oyunun başlamasını gözləyirəm ki, nəyə qadir olduğumu göstərim".