Fransanın "Monako" klubunun baş məşqçisi Leonardo Jardim Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb.
Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:
"Qarabağ"ın oyununu analiz etmişik. Layiqli rəqibdir. Bilirəm ki, bizi asan oyun gözləmir. Hər iki komandaya qələbə çox lazımdır".