Avropa Liqasının qrup mərhələsində sabah keçiriləcək “Qəbələ” – “Borussiya” (Dortmund) matçına bilet satışı davam edir.
Newsport.az-ın məlumatına görə, hazırda 5000 bilet satılıb. Oyun saatına qədər bu rəqəmin xeyli artacağı gözlənilir.
Qeyd edək ki, 8-ci kilometr qəsəbə stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.