Almaniyanın Dortmund "Borussiya”sının futbolçusu İlkay Gündoğan Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində "Bakcell Arena”da baş tutacaq oyun haqqında fikirlərini bildirib.
Newsport.az saytının məlumatına görə,Türkiyəli futbolçu bakıda baş tutacaq oyun barədə bunları deyib:
"Bütün matçlarda qalib gələrək final mərhələsinə yüksəlmək istəyirik. Bizim çox yaxşı kollektivimiz və komandamız var. Düşünürəm ki, bu heyətlə Çempionlar Liqasında oynamalıyıq. ”
Gündoğan İngiltərənin "Liverpul” klubuna tarensferi barədə gəzən söz-söhbətlərə münasibət bnildirib: "Yürgen Klopp çox yaxşı məşqçidir və yüksək insanı keyfiyyətlərə malikdir. Amma Dortmundda çox xoşbəxtəm. Bunun üçün də, "Borussiya”dan ayrılmaq niyyətində deyiləm.”
Diqqətinizə çatdıraq ki, "Qəbələ” – "Borussiya” matçı sabah "Bakcell Arena”da baş tutacaq.