Avropa Liqasının qrup mərhələsində səfərdə "Monako” ilə qarşılaşacaq "Qarabağ”ın Fransaya yollanması barədəməlumatı diqqətinizə çatdırmışdıq.
Newsport.az saytının məlumatına görə, dünən saat 18:00-da Bakıdan Fransaya yola düşən komanda az öncə Monakoya çatıb. Ağdam klubu artıq məskunlaşacağı oteldə yerləşib.
Qeyd edək ki, "Monako” – "Qarabağ” oyunu oktyabr ayının 22-də keçiriləcək.