"Qəbələ" "Borussiya" ilə oyuna Bakıda hazırlaşır

"Qəbələ”  Avropa Liqasının qrup mərhələsinin "Borussiya” (Dortmund) ilə oyununa hazırlıqlarını davam etdirir.
 

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” III tur çərçivəsində keçiriləcək qarşılaşmaya Bakıda hazırlaşır.
Azəraycan Premyer Liqasının VIII turunun oktyabrın 17-də "Neftçi”yə qarşı paytaxtda keçirilən oyunundan sonra istirahətə buraxılmayan komanda iki gün ADBTİA stadionunda məşq edib. Paytaxtdakı oyunun ertəsi fiziki hazırlıqla kifayətlənən futbolçular dünənki məşqi iki qrupda gerçəkləşib. "Neftçi” ilə qarşılaşmanın iştirakçıları hazırlığı fiziki çalışmalarla yekunlaşdırıbsa, həmin oyunda meydana çıxmayanlar ardınca topla da məşq edib. Komandanım bu günə planlaşdırılan hazırlığı da paytaxtda baş tutacaq.
Xatırladaq ki, "Qəbələ” – "Borussiya” oyunu oktyabrın 22-də keçiriləcək. Matç Bakıdakı "Bakcell Arena”da baş tutacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right