Avropa Liqasının qrup mərhələsində baş tutacaq "Qarabağ” – "Monako” oyununun hakim təyinatları açıqlanıb.
Newsport.az-ın məlumatına görə, Fransada baş tutacaq matçı Danimarkadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Yakob Kehlet olacaq. Onun yardımçıları vəzifəsini Henrik Larsen və Heyne Sörensen yerinə yetirəcək. Qarşılaşmada əlavə köməkçi hakimlər Mixael Tikqaard və Yens Maae olacaq. Oyunun dördüncü hakim funksiyasını Lars Hummelqaard yerinə yetirəcək.
Qeyd edək ki, "Monako” – "Qarabağ” matçı oktyabrın 22-də keçiriləcək.