Avropa Liqasının qrup mərhələsində Bakıda baş tutacaq "Qəbələ” – "Borussiya” oyunun hakim təyinatları açıqlanıb.
Newsport.az-ın məlumatına görə, qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi İvan Bebek olacaq. O, bu işin icra olunmasında Tomislav Petroviç və Miro Qrqiç yardımçı olacaq. Qarşılaşmanın əlavə köməçi hakimləri Mario Straxonya və Qoran Qabrilo olacaq. Oyunda dordüncü hakim funkisyası Qoran Pataki yerinə yetirəcək.
Qeyd edək ki, "Qəbələ” – "Borussiya”matçı oktyabrın 22-də baş tutacaq.