Mxitaryan: “Qəbələ” ilə oyuna hazırlaşıram”

Avropa Liqasında mübarizə aparan təmsilçimiz "Qəbələ” oktyabr ayının 22-də "Bakcell Arena”da Dortmund "Borussiya”sını qəbul edəcək. 
Newsport.az-ın məlumatına görə, Dortmund klubunun aparıcı oyunçusu Henrik Mxitaryanının  Bakıya gəlməyəcəyi dəqiqdir. Bəzi mənbələr ona viza verilməməsi,  bəzi mənbələr isə "Borussiya”nın erməni futbolçusunu ehtiyyatlandığı üçün gətirməyəcəyini bildirib. 
Məhz Mxitaryan Bakıya gəlib-gəlməyəcyi ilə bağlı suallara belə cavab verib:
"Azərbaycana viza almışam? Bu mənim problemim deyil. Bu barədə rəhbərlikdən soruşmağınızı məsləhət bilirəm. Mən "Qəbələ”ilə oyuna hazırlaşıram.”
Qeyd edək ki, klubun icraçı direktoru Xans-Yoahim  Vatske erməni futbolçunun  Bakıya gətirilməyəcəyini bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right