“Bu, “Atalanta”nın tarixi üçün əla nəticədir” Qasperini

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini komandasının Avropa Liqasının ilk 1/4 finalında “Liverpul”la oyunda (3:0) əldə etdiyi inamlı qələbəni şərh edib.

Newsport.az-ın məlumatına görə, italiyalı mütəxəssis “Enfild”də Avropa Liqasının 1/4 finalında oynamaqdan çox qürur duyduğunu bildirib:

“Təşəkkür edirəm. Bu, “Atalanta”nın tarixi üçün, bütün azarkeşlər üçün əla nəticədir. “Enfild”də Avropa Liqasının 1/4 finalında oynamaqdan çox qürur duyuruq və bu nəticə həmişəlik bizimlə qalacaq. Kuboklar qazanmaq həmişə mümkün deyil, amma bizim kimi bir klubun tarixinə düşə bilsəz, bu, həm də çox şeyə dəyər”.

“Atalanta” ilə “Liverpul” arasında cavab matçı aprelin 18-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right