"Riçard Almeyda isə fantastik qol vurdu"-Samuel Armenteros MÜSAHİBƏ

Avropa Liqasının qrup mərhələsi çərçivəsində 2-ci turda "Qarabağ” Belçika "Anderlext"inə qalib gəldi.

Newsport.az saytının məlumatına gör, Brüssel təmsilçisinin sabiq fitbolçusu, hazırda "Qarabağ"ın hücumçusu olan Samuel Armenteros oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
- "Anderlext”lə oyun haqda fikirlərini bilək...
- Qələbə qazandığımıza görə çox şadıq. Komandamız çox yaxşı təsir bağışladı. 90 dəqiqə yaxşı futbol oynamağa çalışdıq. Riçard Almeyda isə fantastik qol vurdu. Ona görə də bu qələbəyə görə çox şadam.
 
- Keçmiş komandanıza qarşı oynamaq necə idi?
- Əlbəttə, bu, xüsusi hissdir. 2 ilə yaxın "Anderlext”də oynamışam, ordakıların çoxunu tanıyıram. Ona görə də özümü yaxşı tərəfdən göstərməyə çalışırdım. Amma ən əsası "Qarabağ"ın bu gün 3 xal qazanmasıdır. 
 
- Oyundan sonra rəqib komandanın paltardəyişmə otağına getdiniz. Nədən danışırdınız?
- Orada hələ də çoxlu dostlarım var. Dediyim kimi, 2 ildən artıq orda oynamışım. Bir növ onlar üçün darıxmışdım. Həm də onlara gələcək oyunlarda uğurlar arzuladım.
 
- Qol vura bilmədiniz üçün üzgünsünüz?
- Hücumçu kimi daim qol vurmağa çalışarsan. Xüsusən də bu cür oyunlarda, güclü rəqiblərə qarşı matçlarda. Ona görə bir az məyusam.
 
- Əvəzlənməyinizə səbəb nə idi?
- Çox bəsit səbibdir. Sonuncu dəfə bütün 90 dəqiqəni bəlkə də 8 ay öncə meydanda olmuşam. Yavaş-yavaş hazırlığımı artırıb, əvvəlki tempə qayıtmalıyam. Bunun üçün zamana ehtiyac var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right