"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Avropa Liqasının qrup mərhələsinin II turunda Belçika "Anderlext"inə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Newsport.az saytının məlumatına görə,albaniyalı müdafiəçi jurnalistlərə açıqlamasında 2:1 hesablı qələbə barədə bunları deyib:"Qrupda ilk qələbəmizi qazandıq. Çətin oyun keçdi. Qrupumuzda güclü komandalar qərarlaşıb. Ancaq mübarizəni davam etdirəcəyik. İbrahim Şehiçin buraxdığı səhvlərə gəlincə, təkcə o səhv etmədi. Mənim, hətta Rəşad Sadıqovun da səhvi oldu. Ona görə də yalnız Şehiçin səhvlərini qabartmaq lazım deyil".