Avropa Liqasının qrup oyunlarının II mərhələsində "Kuban” stadionunda "Qəbələ”ni qəbul edən "Krasnodar” 2-1 hesabı ilə qələbə qazanıb.
Newsport.az saytının Krasnodar şəhərinə ezam olunan əməkdaşına açıqlamasında, qarşılaşmanın qəhrəmanı – "Krasnodar”ın qələbə qolunun sahibi Fyodor Smolov ölkəsinin mətbuatına açıqlama verib. O, oyunun sonluğunun əsəbi sonluqla bitdiyini bildirib:
"Oyundan öncə meydana sonradan daxil olacağımı bilirdim. Çünki bu barədə əvvəlcədən danışmışdıq. Meydana çıxanda isə əsas tapşırığım qol vurmaq idi. Şadam ki, tapşırığı yerinə yetirməyi bacardım. Avroliqalarda asan rəqib olmur. Hamı asan qəlbə qazanacağımızı düşünürdü. Amma görüşün sonunda əsəblər tarıma çəkilmişdi. Əsas olan qəlbə idi. Bunu əldə etdiyimiz üçün sevinirik. ”