"Rəqibi o qədər analiz etmişdik ki..." - Maksim Medvedev

"Qarabağ” Avropa Liqasının qrup mərhələsində "Anderlext”i 1-0 hesabı ilə məğlub edib.

Newsport.az saytının məlumatına görə, qarşılaşamadan sonra "Qarabağ”ın futbolçusu Maksim Medvedev oyun haqqında fikirlərini bölüşüb. Jurnalistlərə açıqlama verən Medvedev oyun haqqında belə danışıb:
"Kollektivin hesabına qələbə qazandıq. Düzdü bəzi çatışmamazlıqlarımız var. Çalışırdıq ki,minimal səhvlər edək. Rəqibin hücum xəttində güclü oyunçular var idi. Onlara qarşı oynamaq asan olmadı. ”
 
Maksim həmçinin rəqibinoyunu haqqında da fikir bildirib: "Biz rəqibi maksimum analiz etmişdik. Onlar ikiqatgüclü oynasaydılar belə buna hazır idik. "Anderlext” zəif komanda deyil. Adı kimi oyunu da var. ”
 
Qrpdakı şanslarından danışan Medvedevin fikirləri belə olub:  "Rəqiblərimiz güclü komandlardır. Qrupda lider "Tottenhem”di. Ən azından indikipilləmizdə qalmaq üçün çalışacağıq.”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right