Portuqaliya mətbuatı “Braqa”nın qış təqviminə diqqət çəkərək, “Qarabağ”a qarşı keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin matçına də toxunublar.
Newsport.az-ın məlumatına görə, “SAPO Desporto” portalı həmin oyunla bağlı bunları yazıb:
"Əgər yanvar çətin olacağını vəd edirsə, fevral ayı da bu baxımdan geri qalmır. Çünki bu, “Braqa”nın Avropa yarışlarına qayıdışı deməkdir. Fevralın 15-də “Braqa” Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə uğrunda “Qarabağ”la ilk oyununu öz meydanında keçirəcək. Ondan bir həftə sonra isə, fevralın 22-də “Braqa” avrokuboklarda ən uzun səfərə çıxacaqlar"
Qeyd edək ki, "Qarabağ" və "Braqa" komandaları arasında ilk görüş fevralın 15-də Portuqaliyada, cavab görüşü isə Bakıda Tofiq Bəhramov stadionunda keçiriləcək.