"Qəbələ"nin yarımmüdafiəçisi Sergey Zenyov "Krasnodar"la matçdan sonra Newsport.az saytının Krasnodar şəhərinə ezam olunan əməkdaşının suallarını cavablandırıb.
- Oyun haqda nə deyəcəksiz?
- Çətin oyun alındı. Təəssüf ki, məğlub olduq. İkinci yarıya əla başladıq. Qol da vurduq. Qələbə də qazana bilərdik. Təəssüf ki, alınmadı.
- Uğurlu nəticəyə nə mane oldu?
- Epizodlardan lazımınca istifadə edə bilmədik. Reallaşdıra bilmirdik. Halbuki qol vurmaq üçün epizodlarımız oldu.
- İlk yarıda niyə zəif oynadız?
- Səbəbini bilmirəm. Oyunu analiz edəndən sonra bunu biləcəyik. Baş məşqçimiz özü bu barədə danışacaq.
- Fasilədə Roman Qriqorçuk sizə nə dedi ki, ikinci yarıda daha yaxşı oynadız?
- Dedi ki, başınızı qaldırın və meydanda bacarığınızı göstərin. Bizə inam verdi.
- Dodonun vurduğu qol zamanı deyəsən, oyundankənar vəziyyət yox idi...
- Bu epizodu xatırlamağa ehtiyac yoxdu artıq.Qol qaydalar çərçivəsində vurulsa da, hesaba alınmadı. İrəliyə baxmaq lazımdı.
- Qarşıdakı oyunlarda necə olacaq?
- Oyunumuza davam edəcəyik. Heç nə itirlməyib. Sona kimi hər oyunda mübarizə aparacağıq.