"Qarabağ”ın futbolçusu Qara Qarayevin Newsport.az-a müsahibəsi:
-Qara "Anderlext”i məğlub etdiniz. Qarşılaşma haqqında fikirləriniz...
-Bu oyuna ciddi hazırlaşmışdıq. Evdə uduzmamağa köklənmişdik. Amma şükürlər olsun, sonda qələbəyə sevindik. Bura gələn azarkeşlərə öz təşəkkürümü bildirirəm. Öz komanda yoldaşlarıma təşəkkür edirəm. Həqiqətən bizim komanda çox şeyə qadirdi. "Anderlext”lə oyunda bunu sübut etdik. Biz kollektiv oynaya bilirk. Düşünürəm ki, başlangıc olar. Qələbənin davmını gətirməyə çalışacağıq.
-Qələbəni şansla dəyərləndirmək olarmı?
-Sözsüz, biz evdə azarkeşlərimizlə daha güclüyük. Azarkeşlərimiz bizəəlavə güc verir. Rəqib üçün Bakıda oynamaq çox çətin olur. Amma bu gün futbol şansı da biz tərəfdə idi. Amma bu qələbə, bizim başımızı gicəlləndirməməlidir. Daha ciddi hazırlaşıb daha çox xal qazanmalıyıq.
-Komandanın oyununun alınmadığını deyə bilərikmi?
-Düşünürəm ki, ilk hissədə yaxşı oynadıq. Amma ikinci hissədə arxaya ötürmələrlə başladıq. Bu isə məcburiyyətdən irəli gəlirdi. Çünki ikinci hissədə rəqib də, qol vurmaq istəyirdi.
-Meydançanın ot örtüyü sizi qane etdimi?
-Ot örtüyü təzə idi. Əvvələ baxanda qat-qat yaxşıdı. Gələcək oyunlarda daha yaxşı olacağına inanıram.