"Qəbələ"nin forvardı Vaqif Cavadov "Krasnodar"la matçdan sonra jurnalistlərə açıqlama verib.
Newsport.az-ın məlumatına görə, Cavadovun matçla bağlı düşüncələri bu cür olub:
"İki fərqli hissə oldu. İlk yarıdan fərqli olaraq ikinci hissədə daha yaxşı oynadıq. Ümumi götürəndə də pis təsir bağışlamadıq. Krasnodardan qələbə ilə qayıda bilərdik. Çox təəssüflər olsun ki, məğlub olduq. Halbuki biz "Krasnodar"a qalib gəlmək istəyirdik. İtirilən heç nə yoxdu, irəliyə baxmaq lazımdı".