Avropa Liqası qrup mərhələsinin 2-ci turunda səfərdə "Krasnodar"la qarşılaşan "Qəbələ" minimal hesabla məğlub olub - 2:1.
Newsport.az saytının Krasnodar şəhərinə ezam olunan əməkdaşının verdiyi məlumata görə,oyunsonrası mətbuat konfransında rəqib komandanın baş məşqisi Oleq Kononnov bunları dedi: "Baxımlı oyun oldu. "Qəbələ" çox yaxşı komandadır. Biz rəqibi yaxşı təhlil etmişdik. İlk 20-30 dəqiqədə 2-3 qol vurmaq şansımız oldu, ancaq alınmadı. Çempionatda, ölkə kuboku və Avropa Liqasında çətin oyunlar bizi gözləyir. Heyətdə dəyişiklik etmişdik. Biz öz üzərimizdə çalışırıq. Oyundan-oyuna daha yaxşı oynamağa çalışırıq. Azarkeşlər bizdən çox şey gözləyirlər, ancaq təmkinli olmaq lazımdır".