Avropa Liqası qrup mərhələsinin ikinci turunda "Krasnodar"la səfər matçına çıxan "Qəbələ" minimal hesabla uduzdu- 2:1.
Newsport.az saytının Krasnodar şəhərinə ezam olunan əməkdaşının verdiyi məlumata görə,"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında bunarı dedi: "Bu gün yaxşı oyun oldu. Rəqibi təbrik edirəm. Düşünürəm ki, zəif tərəflərimizi öyrənməkçün faydalı bir oyun baş tutdu. Fasilədə əsasən hücum planında dəyişiklik elədik və futbolçulara hansı tərzdə oynamaq lazım olduğunu bildirdim. Qol vurduq, hissəyə yaxşı başladıq. Ancaq "Krasnodar" da dəyişikliklər elədi və arzuladıqları qələbəni əldə elədilər. 1:1 olanda hesabı qorumağa üstünlük vermək istəmədik. Çünki üstün oynamağa başlamışdıq, qol vurmaq istəyirdik, qələbə qazana bilərdik. Dəyişiklikdən sonra rəqib oyunçu fərdi ustalığı sayəsində bizim müdafiəçini təkbətək mübarizədə qalib gəldi və xal qazanmaq şansımız əldən çıxdı".