Tahir Gözəl: "Bunu bacarmaq çətindi, amma biz inanırıq"

Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilir.
 
Newsport.az-ın məlumatına görə, son Azərbaycan çempionu "Qarabağ" evdə "Anderlext"i 1:0 hesabı ilə məğlub edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandıran Ağdam klubunun prezidenti Tahir Gözəl qələbəni belə şərh edib: 

"Möhtəşəm qələbə idi. "Qarabağ" tarix üstünə tarix yazır. Hamımızı təbrik edirəm. Bu qələbədən sonra qrupda ikinci yerdəyik. Bu tempdə davam etsək, gözəl uğurlar qazanacağıq. Qrupdan çıxsaq, dünyada "Qarabağ"ın adını tanımayan olmayacaq. Bunu bacarmaq çətindi, amma biz inanırıq. Hər gün daha da yaxşı oyun göstəririk. Heyətimiz gözəl klub yaradıb. Artıq Avropa səviyyəsində futbol oynayırıq".

Klub rəhbəri bu matçda stadiona az azrkeşin gəlməsinə də münasibət bildirib:  "Azarkeşlər əvvəllər az idi, sonradan gəlməyə başladılar. Azarkeşlərimiz gəlsə də, gəlməsə də, biz onlardan dəstək gözləyirik. Yeni transferləin reallaşması da azarkeşlər üçündü. Xahişim odur ki, gəlib bizə dəstək olsunlar. Bu klub hamımızındı. Nazim Hikmətin bir şeri var, “sən yanmasan, mən yanmasam, bu gecə necə aydınlaşar?". Biz də çalışırıq ki, azarkeşləri stadiona cəlb edək. Hamımız kluba dəstək verməyə can atmalıyıq".

Gözəl azırda Rusiyada "Krasnodar"la qarşılaşan Avrloliqanın qrup mərhələsindəki digər təmsilçimiz "Qəbələ"yə də uğurlar arzulayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right