Ürfan Abbasov: Krasnodara qalib gəlmək istəyirik

Qəbələ"nin müdafiəçisi Ürfan Abbasov Avropa Liqasının qrup mərhələsinin 2-ci çərçivəsində Rusiya "Krasnodar"ına qarşı səfər oyunu öncəsi fikirlərini açıqlayıb.

Newsport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Bugünkü oyunda qələbə bizim üçün çox böyük motivasiya olar. Fiziki baxımdan bu oyuna hazırıq. Hansı oyunçuların meydana çıxması da önəmli deyil. Əsas odur ki, komandada böyük rəqabət var. Baş məşqçimiz rəqibin oyununu analiz edib və onlara qarşı necə oynayacağımızı bilirik. Əlbəttə, bu oyunda müdafiədə oturmaq barədə düşünmürük. "Krasnodar"ın sabit oyun sərgiləmədiyini çox adam deyir. Amma bu, bizim üçün elə də ciddi önəm daşımır. Biz qələbə qazanmaq istəyirik. "Krasnodar"ın da bizə qarşı hansı heyətlə mübarizə aparmasının fərqi yoxdur".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right