Məhəmməd Mirzəbəyov: Hədəf yaxşı oynayıb, qələbə qazanmaqdır MÜSAHİBƏ

Qəbələ"nin müdafiəçisi Məhəmməd Mirzəbəyov Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Rusiya "Krasnodar"ı ilə səfər oyunu öncəsi Newsport.azsaytının Krasnodar şəhərinə ezam olunan əməkdaşına müsahibə verib.

- "Qəbələ" "Krasnodar"la oyuna hazırdır?
- Əlbəttə. Komandada hər şey yaxşıdır. Biz özümüz də səbrsizliklə bu oyunu gözləyirik. Komandada böyük motivasiya var.

- Sizi bu oyunda hansı nəticə qane edəcək?
- Oyun çox çətin olacaq. Bu, dəqiqdir. "Krasnodar" çox yaxşı komandadır. Onlar müdafiədən hücuma çox sürətli keçirlər ki, bu da rəqiblər üçün əsl problemə çevrilir. Çox maraqlı və gərgin oyun olacağını düşünürəm.

- "Krasnodar"ın heyətində hansı futbolçuların daha təhlükəli olduğunu düşünürsünüz?
- Rəqibin heyətində yaxşı və təhlükəli futbolçuların sayı çoxdur. Onlardan Arini, Vandersonu, Fedor Smolovu qeyd edə bilərəm. Yüksək səviyyəli futbolçulardır, istənilən rəqibə problem yarada bilirlər. Amma biz onları saxlamağa çalışacağıq.

- Sizi bu oyunda heç-heçə də qane edəcək, ya mütləq qələbə qazanmaq istəyirsiniz?
- Bizim bircə hədəfimiz var - yaxşı futbol sərgiləyib, qələbə qazanmaq. Bu, bütün oyunlarımıza aiddir. "Krasnodar"la görüşdə də qələbəyə oynayacağıq.

- "Qəbələ" ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazandığından "Krasnodar"ın sizi düzgün qiymətləndirmədiyini demək olar?
- Mənim fikrimcə, Avroliqada elə bir komanda yoxdur ki, rəqibini ciddiyə almasın. "Krasnodar" da bizə ciddi yanaşır.

- Elə isə bu oyun üçün proqnozunuz?
- Deyə bilmərəm. Hər şey Allahın əlindədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right