"Qəbələ”nin sabiq baş məşqçisi, bir neçə gün əvvəl Rusiyanın "Anji” klubundan ayrılaraq, işsiz qalan Yuri Syomin "Qəbələ” ilə bağlı açıqlama verib. Rusiyalı mütəxəssis Avropa Liqasının qrup mərhələsində bu gecə baş tutacaq "Krasnodar” – "Qəbələ” oyunu ilə bağlı fikirlərini ölkəsinin mətbuatı ilə bölüşüb.
Newsport.az saytı sabiq "Qəbələ”linin fikirlərini diqqətinizə çatdırır:
"Krasnodar” Avropa Liqasında çətin rəqiblə üz-üzədir. Komanda Azərbaycan Çempionatında mübarizə aparan "Qarabağ”la eyni tərzdə mübarizə aparır. Düşünürəm ki, "Krasnodar” rəqib müdafiəsini yarmaqda çətinlik çəkəcək. Maçtdan çox qol gözləmirəm. Böyük ehtimalla bərabər səviyyədə amma gərgin matç keçəcək. "Qəbələ” stabil oyun nümayiş etdirən komandadı. Komandanın rəhbərliyi uğurla komandanı irəli aparır.