"Qəbələ"nin hücumçusu Ermin Zeç Newsport.azsaytının Krasnodar şəhərinə ezam olunan əməkdaşına müsahibə verib.
- Matçla bağlı nə deyəcəksən?
- Təbii ki, çətin oyun olacaq. Amma biz yaxşı hazırlaşmışıq. Qələbə qazanmaq niyyətindəyik.
- PAOK-la matçdakı kimi oynasaz nəyə ümid edirsiz?
- Bəli, yxşı oynasaq rəqib komandaya qalib gələ bilərik. Əsas məqsəd də budu.
- Səni necə, "Krasnodar" matçında əsas heyətdə görə bilərik?
-Hər şey ola bilər. Kimin oynayıb-oynamayacağına baş məşqçimiz qərar verəcək. Amma mən oynamağa tam hazıram.
- Rəqibin heyətində daha çox hansı futbolçunu təhlüəki hesab edirsən?
- Təbii ki, güclü oyunçuları var "Krasnodar"ın. Bunu da yaxşı anlayırıq. Amma futbol kollektiv oyunudu. Yaxşı oynasaq qalib gələ bilərik.
- Milli komandada Edin Dzeko və Miralem Pyaniç kimi futbolçularla oynayırsan. Onlar "Qəbələ" haqda nəsə bilir?
- Əvvəl bilmirdilər, ancaq mən millidə oynamağa başlayandan məlumatları oldu. Dzeko və Pyaniç də bilir ki, "Qəbələ" Avropa Liqasında hansı komandalarla oynayır. Onlarla tez-tez danışırıq.