Bu gün Avropa Liqasının qrup mərhələsinin növbəti oyunları keçiriləcək.
Newsport.az saytının məlumatına görə, ölkəmizi mötəbər turnirdə təmsil edən "Qarabağ” və "Qəbələ” növbəti matçlarına çıxacaqlar. "Qarabağ” doğma meydanında Belçika "Anderlext”ini qəbul edəcəyi halda, "Qəbələ” səfərdə "Krasnodar”ın qonağı olacaq. Təmailçilərimizn oyunlarını canlı yayımlayacaq telekanalları diqqətinizə çatdırırıq:
22:00 "Qarabağ” – "Anderlext” // AzTV, NTV Plus Tennis
00:00 "Krasnodar” – "Qəbələ” // İdman Azərbaycan, NTV (Rusiya).