"Qarabağ"ın prezidenti Tahir Gözəl Avropa Liqasının pley-off mərhələsinin püşkatmasını şərh edib.
Newsport.az xəbər verir ki, klub rəhbəri "CBC Sport"da yayımlanan "90 dəqiqə" verilişinə birbaşa İsveçrənin Nyon şəhərindən canlı telefon bağlantısı ilə qoşularaq "Braqa" haqda da danışıb:
"Fikirləşdim ki, bura gəlməklə də komandaya püşkatmada bəlkə uğur gətirərəm. Məncə, bu, pis alınmadı. Bura gələn klublar öz ölkələrinin ən yaxşılarıdır. “Braqa” da çox keyfiyyətli və əhəmiyyətli klubdur. Püşkatmada qarşımıza ÇL-də çempion olmağı hədəf qoymuş “Milan” kimi klub çıxmadı. Məncə, püşkatma yaxşı oldu. “Qarabağ” və komandamızı sevərləri, Azərbaycanı möhtəşəm mübarizə gözləyir. Məncə, yaxşı olacaq".