Andrey Lunyov "Hekken"ə qarşı oynamaya bilərmiş

"Qarabağ"ın qapıçısı Andrey Lunevin agenti Anton Smirnov Avropa Liqasının H qrupunun 6-cı turunun dünən “Hekken”ə qarşı keçirdikləri oyundan (2:1) sonra onun durumu haqda yazıb.

Newsport.az xəbər verir ki, rusiyalının teleqram kanalında yazdığına görə, Lunyovun "Hekken"lə görüşdə oynamaq ehtimalı az olub: 

"Andrey yəqin ki, məni danlayacaq. Amma vacib detalı qeyd etməyə bilmirəm. Düşünürəm ki, artıq bu haqda danışmaq olar. İki gün əvvəl Andrey çox xəstə idi, virusa tutulmuşdu və bütün bədəni ağrıyırdı. Məşqə çıxa bilməmişdi. İki günə özünə gəldi və “Hekken”lə matça çıxdı”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right