Bu gün Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçiriləcək.
Newsport.az-ın məlumatına görə, təmsilçilərimizdən “Qəbələ” da növbəti sınağına çıxacaq.
Roman Qriqorçukun komandası səfərdə Rusiyanın “Krasnodar” klubu ilə üz-üzə gələcək.
Ardıcıl 6 avrokubok matçında uduzmayan “Qəbələ” uğurlu seriyanı davam etdirməyə çalışacaq. Qələbə sayəsində komandamız ilkə imza ata bilər. Təmsilçimiz avrokuboklarda səfər qələbəsi qazanmayıb.
“Kuban” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 00:05-də başlayacaq.
1 oktyabr
Avropa Liqası, qrup mərhələsi
II tur
C qrupu
00:05. “Krasnodar” (Rusiya) – “Qəbələ” (Azərbaycan) 2-1
Qol: Vanderson, 8 (1:0),Dodo,49 (1-1)
Baş hakim: Marçin Borski (Bosniya və Herseqovina)
Krasnodar. “Kuban” stadionu