UEFA-nın rəsmi saytı “Qarabağ”ının Avropa Liqasının H qrupunun son turunda Bakıda “Hekken” üzərində qazandığı qələbəyə də (2:1) yer verib.
Newsport.az xəbər verir ki, qurumun rəsmi saytı Ağdam klubunun qalibiyyəti haqda bunları yazıb:
"Azərbaycan çempionu "Molde"ni 5:1 məğlub edib qrupda 100 faizlik nəticə əldə edən yeganə komanda olan lider “Bayer”dən sonra ikinci yeri tutmaq üçün lazımı qələbəni əldə etdi. "Hekken"in qapıçısının səhvindən istifadə edən Leandro Andrade ilk dəqiqədə "Qarabağ"ı hesabda önə keçirdi və ilk hissəyə əlavə olunmuş vaxtda Yassin Benzianın sayəsində fərqi ikiyə çatdırdı. 56-cı dəqiqədə Markov Vesoviçin qırmızı vərəqə alaraq meydandan qovulması "Qarabağ"ın yelkənlərini əlindən alsa da, Bədavi Hüseynov topu öz qapısına göndərəndə “Hekken” yalnız bir qolun əvəzini çıxa bilmişdi".