Sabah Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qəbələ” ilə üz-üzə gələcək Rusiyanın “Krasnodar” klubunun kapitanı Andreas Qrankvist oyunöncəsi fikirlərini açıqlayıb.
Newsport.az-ın məlumatına görə, İsveç millisinin üzvü matç haqqında danışıb.
Qrankvist bildirib ki, “Qəbələ” haqqında çox məlumatlı deyil: “Qəbələ” haqında çox şey bilmirəm. Amma Azərbaycanın ən yaxşı komandalarından biri olduğunu eşitmişəm. Sabiq komanda yoldaşım Marat İzmaylovun orada çıxış etməsi çox şeydən xəbər verir. Ümid edirəm ki, qələbə qazanacağıq. Amma heç də asan olmayacaq. Rəqib də bura qalibiyyət üçün gəlib”.