"Qəbələ"də səviyyəli legionerlər oynayır" – "Krasnodar"ın baş məşqçisi

Krasnodar"ın baş məşqçisi Oleq Kononov Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları "Qəbələ" ilə oyunöncəsi jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, Kononov "Qəbələ"də səviyyəli legionerlərin olduğuna diqqət çəkib.


- "Qəbələ" ilə doğma meydanda oynayacağıq. Qrupdan çıxmaq istəyiriksə, evdəki bütün oyunlarda qalib gəlməliyik. "Qəbələ"nin son oyunlarda göstərdiyi nəticələr çox şeydən xəbər verir. Onların qrup mərhələsində PAOK-la oyunlarının videoyazısını izlədim. Yunanların hər hansı üstünlüyünü görmədim.

- Oyunöncəsi hansısa köklü dəyişikliklə olacaq?

- Köklü dəyikşiklik olmayacaq. Yalnız bizim üçün uğursuz olanı dəyişəcəyik. Oyumuzda müəyyən dəyişiklik edəcəyik. Ancaq hücum futbolu oynamaq istəyirik və bundan qaçmamalıyıq.

- "Qəbələ"də hansı futbolçuları tanıyırsınız?

- İlk növbədə Floreskunu deyə bilərəm. Eləcə də, "Karpat"da çalışdığım Sergey Zenyovu da qeyd etməliyəm. Zenyov hazırda "Qəbələ"də yaxşı oynayır və ona xüsusi diqqət yetirmək lazımdır. Məşqçi kimi Ukraynada keçirdiyim oyunlardan Aleksey Antonov, Aleksey Qay və başqaları mənə tanışdır. Ümumiyyətlə, dediyim kimi "Qəbələ"də səviyyəli legionerlər çıxış edir. 

- Siz, komandanızın bu oyuna pik formada çıxacağını söyləmişdiniz. Hazırda komandanı pik formada saymaq olar?

- Saymaq olar. Komandada dəyişiklikləri görürəm. Futbolçularla hər gün çalışıram. Mənim üçün əsas olan komandanın nəticə qazanmasıdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right