Marko Yankoviç: "Hər rəqibə qarşı oynaya bilərik"

"Qarabağ"ın futbolçusu Marko Yankoviç Avropa Liqası qrup mərhələsinin "Hekken"lə matçından öncə təşkil olunan mətbuat konfransında iştirak edib.

Newsport.az monteneqrolu yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırır:

- Bilirsiz ki, sabah bizi çox vacib oyun gözləyir. Tam hazırıq. Rəqibi də analiz etmişik. Əlimizdən gələni edəcəyik ki, oyunu və qrupu yaxşı nəticə ilə bitirək.

- "Molde" ilə Norveçdəki matçda hava çox soyuq idi. Sabah da Bakıda Skandinaviya havası olacağı gözlənilir. Bu, "Qarabağ"ın futbolçularına nə dərəcədə təsir edəcək? Düşünmürsən ki, bu hava "Hekken"ə üstünlük qazandıracaq?

- Hava şəraiti bizim üçün problem yaratmaz. İnanmıram ki, yağış kiməsə problem yaratsın. Öyrəşmişik. Sabah fürsətimiz var. Hamı bacarığını göstərmək istəyir.

-Avropa Liqasının pley-off mərhələsində potensial namizədlər az-çox bilinir. Hansı rəqiblə qarşılaşmaq istəməzdiz?

-Öncə biz sabah qalib gəlməli və AL-in pley-off mərhələsinə vəsiqə qazanmalıyıq. Ondan sonra növbəti rəqib haqda danışa bilərik. Əgər komanda düzgün hazırlıq, motivasiya keçsə, elə keyfiyyətdəyik ki, hər rəqibə qarşı oynaya bilərik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right