Sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində 2-ci turun oyunları keçiriləcək.
Newsport.az-ın məlumatına görə, turnirdəki təmsilçilərimizdən "Qarabağ" öz meydanında Belçikanın "Anderlext" klubunu qəbul edəcək.
Bu gün oyundan öncə qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respubilka stadionunda Ağdam təmsilçisinin hücumçusu Reynaldo jurnalislərin suallarını cavablandırıb:
- Sabah bizi çətin oyun gözləyir. "Anderlext" həm hücumda, həm də müdafiədə güclü oynayır. Rəqib futbolçular çox təcrübəlidi. Sabah evdə oynadığımıza görə azarkeşlərmizdən dəstək gözləyəcəyik.
- Sabiq komandanızla oyunda səndə əlavə yük, ruh yüksəklliyui və prinsipiallıq varmı?
- Mən istənilən komandaya qarşı əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.
- Silvio Proto səni tərifləyib. Ona nə cavab verərdin?
- Xoş sözlərdən məmnunam. Amma biz meydanda kənarda dostuq. Qələbə üçün əlimdən gələni edəcəm.
- Rəqib müdafiəçiləri ətraflı öyrənə bilmisənmi?
- Onları yetərincə təhlil etmişəm. Əlimdən gələn hər şeyi edəcəm.