Sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində 2-ci turun oyunları keçiriləcək.
Newsport.az-ın məlumatına görə, turnirdəki təmsilçilərimizdən "Qarabağ" öz meydanında Belçikanın "Anderlext" klubunu qəbul edəcək.
Bu gün oyundan öncə qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respubilka stadionunda Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalislərin suallarını cavablandırıb:
- Çoxdandı azarkeşlərimiz qarşısında oynamaq istəyirdik. Çox sürətli və istəkli bir komandaya qarşı oynayacağıq. Rəqib həmişə transferləri ilə bağlı çoxlarından üstündü. Rəqibin heyətində ustalıq səviyyəsi yüksək futbolçular çox olub. Sırf komandaya gəldikdə, çox diqqətli olmalıyıq. Qrupa düşməmişdən əvvəl də bildirmişdim ki, bu cür komandalarla oynamaq xoşdu. Fikrimcə, bütün futbolçular belə komandayla oyunda istəkli və sürətli olmaq lazım olduğunu anlayır. Nəticə üçün əlimizdən gələni edəcəyik. Bu oyun futbolçuların təcrübəsinin artması üçün böyük imkandı. Futbolçularıma inanıram.
- Çumbinyonu sabah meydanda görə biləcəyikmi?
- Xeyr. Amma qarşıdakı matçlarda oynamaq ehtimalı olacaq. Adı "18-liy"ə salınmayacaq.
- Sabah yubiley - 50-ci oyununzda futbolçularınıza verdiyiniz təlimatlar qələbə üçün yetərli olacaqmı? Yoxsa kənar amillər də köməyinə ehtiyacınız var?
- Matç sayının önəmi yoxdu. Avrokuboklarda yaxşı oyun və nəticə əldə etməyə çalışacağıq. Nəticə qazanmaq üçün başqa amillər də bizə daha çox lazım ola bilər. Amma rəqibin də gücünü nəzərə almalıyıq.
- Komandada əhval-ruhiyyə necədi? Futbolçular arasında gərginlik olduğu deyilir...
- Əhval-ruhiyyə yaxşıdı. Stadionda bir çox jurnalist var idi. Bunu nə mən görmüşəm, nə də siz. Boş şeylərdi.
- Sabah risk edəcəksinizmi? Komandanız sanki, qol vurandan sonra motivasiyanı itirir. "Tottenhem"lə oyunda bunun şahidi olduq. Bu baxlmdan bir psixoloji iş aparılıbmı?
- Məncə, komandama psixoloq lazım deyil. Onlarla lazımi söhbətlər aparıram. Düşünürəm ki, futbolçuarım mənə inanır. Psixoloqa ehtiyacımız yoxdu. Biz bir qodlan sonra 3-nü buraxdıqsa, "Mançester Siti" 4-nü buraxdı. Bunu normal qəbul etmək lazımdı. Komanda qol vurandan sonra müdafiyəyə çəkilməyi normal haldı. Sabahkı oyunda heç bir psixoloji gərginlik olmayacaq. Ötən oyunla müqayisədə hazırlığımızda müəyyən fərqlər var.
- Rəqibin hansı oyunçusundan çəkinirsiniz?
- Rəqibin bütün futbolçuları nəticə verəcək gücdədilər.
- 1 xalı sizin üçün uğur saymaq olarmı?
- Bunu matçdan sonra deyə bilərəm. Mən həmişə göstərdiyimiz oyundan sonra deyə bilərəm.
- "Anderıext" indiyədək qarşılaşdığınız hansı kpmandaya bənzəyir?
- Kiminləsə fərqləndirmək istəməzdim. Bayaq dediyim kimi, istəkli və sürətli komandadı. Rəqibin fiziki gücə malik futbolçuları çoxdu. Hər mövqedə seleksiya işləri aparılıb. Məncə, belə komandayla oyun bizim üçün maraqlı olacaq.