"Səfərdə qələbə qazanmaq çox çətin olacaq"-Fariz Nəcəfov

"Komandada yaxşı mühit var. Bununla belə, "Krasnodar"ın heyətinə və oyun üslubuna baxanda, bilirik ki, bizi çətin oyun gözləyir. Ancaq əlimizdən gələni edərək səfərdən ən azı heç-heçə ilə qayıtmağa çalışacağıq".

Bu sözləri "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Newsport.az-ın Krasnodar şəhərinə ezam olunan əməkdaşına açıqlamasında deyib.

Avropa Liqasının qrup mərhələsində sabah qarşılaşacaqları "Krasnodar"la oyun haqda danışan F.Nəcəfov komandasının səfərdə qələbə qazanacağına inandığına bildirib: "Bu günə qədər Avropa Liqasında göstərdiyimiz nəticələrə nəzər salsaq, "Krasnodar"a qalib gəlməyimiz sensasiya sayılmamalıdır. Çünki turnirdə kifayət qədər təcrübə toplamışıq. Lakin səfərdə qələbə qazanmaq çox çətin olacaq. Rəqibimiz güclüdür. Bununla belə, komandaya inamımız böyükdür. Klubun prezidenti Tale Heydərov da komandanı dəstəkləmək üçün Rusiyaya gələcək".

Qeyd edək ki, sabah keçiriləcək "Krasnodar" - "Qəbələ" oyunu Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right