İdman mediası "Qarabağ" və "Qəbələ"dən nə gözləyir? SORĞU

Oktyabrın 1-də ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" və "Qəbələ" növbəti matçlarına çıxacaq.
"Qarabağ" öz meydanında "Anderlext", "Qəbələ" isə Rusiyada "Krasnodar"la qarşılaşacaq.

Newsport.az idman jurnalistləri arasında sorğu keçirib. Görək idman mediası klublarımızdna nə gözləyir?

Mahir Rüstəmli(Futbol+qəzetinin başredaktoru)"Qarabağ"ın "Qəbələ" ilə müqayisədə daha təcrübəli olduğunu və evdə oynayacağını nəzərə alsaq, qələbə gözləyirəm. Amma heç-heçəni də faciə kimi qiymətləndirməyə dəyməz. Yox, ağdamlılar "Anderlext"ə uduzsa, onda növbəti mərhələyə adlamaqla bağlı bütün planların üstündən xətt çəkmək olar. "Qəbələ"yə gəlincə, Krasnodar səfərindən heç-heçə ilə dönməyi bacarsalar, əla nəticə olar. Açığını deyim ki, ilk növbədə Roman Qriqorçujun taktiki savadına və rəqibi öyrənmək bacarığına bel bağlayıram.
 

Vüsal Mahmudov (Futbolinfo.az saytının baş redaktoru) "Hər iki komandamızdan uğurlu nəticə gözləyirəm. Rəqiblər hec də zəif deyil. "Anderlext"in kifayət qədər avrokubok təcrübəsi var və "Qarabağ"a xal qazanmaq asan başa gəlməyəcək. Ağdamlılara hər nə qədər güvənsəm də, rəqibi bir addım öndə görürəm. Ümid edirəm ki, "Qarabağ" yenə yanıldaraq qələbə qazanacaq."Krasnodar" adlı-sanlı komanda olmasa da, "Qəbələ" ilə görüşün favoritidi. Bu oyunun taleyini bir qol da həll edə bilər. Ümid edirəm ki, o qolu bizimkilər vuracaq".
Kənan Məstəliyev (Rekord.az saytının baş redaktoru) Məncə, bu turdakı rəqiblər nisbətən "dişimizə görədi". Xüsusilə də, "Qarabağ" üçün. Ağdmalılar "Neftçi" ilə oyundan qüvvələrini qorumaqla onları qane edən nəticə qazana bildilər, həmçinin ehtiyat qüvvəni yoxladılar. Fikrimcə, Qurban Qurbanovun komandası "Anderlext"i Bakıdan əliboş göndərəcək gücdədi və belə də olacaq. O ki qaldı, "Qəbələ"yə... Onların işi nisbətən çətindi. "Krasnodar" son zamanlarda zəifləsə də, çox təhlükəli rəqibdilər. Qiroqrçuk bu səfərdə nisbətən ehtiyatlı oynasa və tələsik addımlar atmasa evə xal və ya xallarla dönə bilər. Hər iki komandamıza uğurlar arzulayıram.

 

Elçin Cəlilov(Futbolpress.az saytının baş redaktoru) "Qarabağ"ın "Anderlext"lə oyunda xal qazanacağını düşünürəm. Çünki Qurban Qurbanovun komandası müəyyən bir sistem içində bir-birini çox yaxşı tanıyır və mükəmməl anlaşma var. Rəqib əsasən sürət futboluna üstünlük verir, bizimkilərsə topla oyunda güclüdürlər. Belə oynayan komanda ilə bacarmaq çətindir. "Qəbələ"yə gəlincə, burda yalnız baş məşqçi Qriqorçuk amilinə diqqət yönəltmək istərdim. O, Rusiya klublarını yaxşı tanıyır, onlara qarşı oyunlarda özünü yaxşı tərəfdən göstərə bilib. Əgər rəqib mükəmməl incələnibsə, Krasnodardan da xalla qayıtmaq mümkündür. Rəqib sabit nəticələr göstərmir. Böyükhesablı qələbələri olsa da, eyni məğlubiyyətləri də olur. Əsas məsələ psixoloji hazırlıq və uğurlu startdır. Əgər "Qəbələ" hesabı açan tərəf olsa, deyərdim, hətta qələbə qazanacaq.
 

Səxavət Qurbanov (İdmanxeber.com saytının baş redaktoru): "Hər iki təmsilçimizi çətin oyun gözləyir. Ancaq nisbətdə "Qarabağ"ın işi daha asan olmalıdı. Hər halda Qurban Qurbanovun komandası yelru publika qarşısında belçikalıları məyus edə bilər. "Anderlext" düşündüyümüz qədər güclü komanda dyeil. Qısacası bu rəqibdən xal və ya xallar almaq olar.
"Qəbələ"nin işi Rusiyada çətin olacaq. Hər halda uğura ac olan "Krasnodar" "Qəbələ"ni məğlub edərək iddiasını ortaya qoymağa çalışacaq. Hər halda "Qbələ" də qrupdan çıxmaq istəyirsdə bu matçda xal qazanmalıdı. Hər halda "Krasnodar" çox güclü komanda deyil. Bu komanda Rusiya çempionatının son 5-6 turunda bir qələbə qazana bilib. İşləri heç də yaşxı getmir. Sadəcə "Krasnodar" böyük oyunlaırn komandasıdı. Belə deyək ki, "Zenit", "Dinamo" kimi komandalarla oyunlarda qalib gəlir, autsayder komandalarla bacarmır. Ümid edək ki, "Qəbələ" bu səfərdən üzüağ çıxacaq".

 

Mehman Suleymanov(Qəbələ qəzetinin əməkdaşı)Hesab edirəm ki, Avroliqadakı təmsilçilərimiz üçün qarşıdakı oyunlar qrupdan çıxmaq şansları baxımından çox önəmli olacaq. Düzdür, həm “Qarabağ”, həm də “Qəbələ” bundan sonra daha 4 matç keçirəcək. Ancaq məhz “Anderlext” və “Krasnodar”la oyunlarımız qüvvələr nisbətinə böyük ölçüdə aydınlıq gətirəcək. Hər 2 komandamızın qrupunda aşkar favorit var. Hər halda, “Tottenhem”in “Qarabağ”ın, “Dortmund “Borussiya”sının isə “Qəbələ”nin qrupundan 1-ci yerlə çıxacağı çoxlarında şübhə doğurmur. Qalır 2-ci yer ki, buna qalan 3 komanda iddialıdır. Özü də ilk turdan qruplarda eyni mənzərə yaranıb. Dediyim favoritlər 3 xalla turnir cədvəlinə başçılıq edir, 2-3-cü yerlərin sahibləri öz aralarında heç-heçə sayəsində 1 xala malikdir, son pillənin tutanların isə xalı yoxdur. Sözsüz ki, “Krasnodar”la müqayisədə “Anderlext” daha güclü klub, avrokuboklarda təcrübəsi böyük olduğundan, “Qarabağ”ı daha çətin sınaq gözləyir. Ancaq digər tərəfdən, Ağdam klubu Tofiq Bəhramov adına Respublika stadionunun dolu tribunaları önündə, güclü azarkeş dəstəyi altında oynayacaq. Həm bu amil, həm də Qurban Qurbanovun komandasının Londonda göstərdiyi inamlı oyun “Anderlext” üzərində qələbəyə böyük inam yaradır. Brüsssel klubu ilk turda evdə xal itirdiyindən, mütləq qələbəyə oynayacaq. “Qarabağ” qalib gələrsə, 2-ci yer uğrunda mübarizədə şansını artıracaq və bu zaman bir çox suallara “Monako”yla ardıcıl oyunları aydınlıq gətirəcək. Məğlubiyyət isə şansları azaldacağından, rəqibin də qalib gəlməməsi üçün evdə ən pis halda heç-heçə etmək lazımdır. “Qəbələ”yə gəlincə, onun rəqibi nisbətən münasib olsa da, bu, səfər sınağıdır. “Krasnodar”ın Premyer Liqanın cari mövsümündə heç də uğurlu çıxış etməməsi, qeyri-sabit oynaması, evdə cəmi 1 qələbəsinin olması yaxşı nəticəyə ümid verir. Hər halda, Roman Qriqorçukun yetirmələrinin qrupa çıxdıqları, daha çətin səfər olan Afinada “Panatinaikos”la oyunda lazımı nəticəni qazanmağı bacardığını unutmaq olmaz. İnşallah, “Qəbələ” Krasnodarda qalib gələrsə, 1/16 finala vəsiqə mübarizəsində şansını çox artıracaq. Bundan sonra “Borssuiya”yla ardıcıl çətin oyunların gəlməsi rəqib meydanında xalın, xüsusilə səfər qələbəsinin əhəmiyyətini artırır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right