"Məncə, yenə pis oynadıq. İlk yarıda ümumiyyətlə, heç özümüzə bənzəmədik, çoxlu top itirdik. İkinci hissədə oyunumuzu düzəltsək də, istədiyimiz kimi çıxış edə bilmədik”.
Newsport.az-ın məlumatına görə, bu sözləri "Krasnodar”ın müdafiəçisi Andreas Qrankvist deyib.
Rusiya Premyer Liqasında işləri qaydasında getməyən klubun isveçli futbolçusu ötən mövsümlə müqayisədə zəif çıxışın səbəbini başlarında problem olmasıyla (!) əlaqələndirib. O, Rusiya mətbuatına müsahibəsiondə bunları deyib:
"3 cəbhədə çıxış etməyimizi bəhanə gətirmək olmaz. Birincisi, bütün top-klublar 3 turnirdə çıxış edir. İkincisi, ötən mövsüm də Avropa Liqasında qrupda çıxış etmişik. Yəni eyni şərait idi. Amma nəticələr xeyli yaxşı idi. Məncə, burda nəsə başımızla bağlı problem var. Düşüncə tərzini dəyişdirməliyik. Gələcəkdə nə olacağını bilmirəm, amma indi yaxşı formada deyilik. Harda axsadığımızı bilmirəm. Amma mütləq bunu təhlil edib, həllinə çalışmaq lazımdır”.