"Çətin oyun oldu. Bəlkə də bu stadionda keçirdiyimiz ən çətin matç idi. Bu cür boğanaqda oynamaq çətin idi. Bir neçə futbolçu ardıcıl 3 uzaq sədərdən sonra tam formaya düşməmişdi. Buna görə də oyunumuzda müəyyən dərəcədə ağırlıq var idi. Qalib gəlmək istərdik. Amma indi uşaqların əzmkarlıq göstərib hesabı bərabərləşdirməsindən də razıyam. Qələbə qazanmağa isə səhvlərin sayı imkan vermədi”.
Newsport.az-ın məlumatına görə, bu sözləri "Krasnodar”ın baş məşqçisi Oleq Kononov deyib.
Avropa Liqasının qrup mərhələsində 2-ci tur çərçivəsində "Qəbələ”nin səfərdə qarşıalşacağı Rusiya klubu hazırda qeyri-sabit oyun sərgiləyir. Təsadüfi deyil ki, krasnodarlılar bütün turnirləri nəzərə almaqla son 8 matçda cəmi 2 qələbə qazanıb. Ötən mövsümlə müqayisədə hər cəhətdən geri qalan "öküzlər”in çalışdırıcısı Rusiya Premyer Liqasının 10-cu turunda "Terek”lə baş tutan qarşılaşmadan (1:1) sonra yerli mətbuata geniş açıqlamalr verib.
Həmin müsahibədən yalnız bizə maraqlı olanları seçdik. Yəni komandanın son durumunu əks etdirən fikirlər, "Qəbələ” ilə oyunla əlaqədar informasiyaların olduğu hissəni sizə təqdim etmək qərarına gəldik.
Kononov komandanın dərdlərini qısaca belə şərh edib: "Bizim zədəli futbolçularımız var. Üstəlik, hələ də oyunumuza adaptasiya olunan uşaqlar var. İntensiv ağır qrafik də çıxışımıza təsir edir. Bizdə sabitlik çatmır. İlk dəqiqədən başlayaraq sonuncusuna qədər istədiyimiz oyunu sərgiləyə bilmirik. Hücumda da müəyyən problemlərimiz var. Rəqib müdafiəsini daim təzyiq altında saxlayıb onları yoracaq hücumlar təşkil edə bilmirik”.
Təcrübəli çalışdırıcı komandasının nə vaxt pik nöqtəyə çıxacağı ilə bağlı verilən sualı isə belə cavablandırıb: "Artıq "Qəbələ” ilə növbəti oyundan yüksəlişə çıxmaq istəyirik. Amma hər şey bəzi amillərdən – bərpa, adaptasiya və s. asılıdır. Joazinyonun artıq oynamağa, komandaya xeyir verməyə hazır olması sevindirir. Kapitanımız Əhmədov qısa zamanda sıraya dönəcək. Bəlkə də "Qəbələ” ilə oyunda meydana çıxmağa hazır oldu. Pereyra isə tibbi müayinədən keçəndən sonra dəqiq söz demək olacaq”.