Avropa Liqasının qrup mərhələsinin ikinci turunda keçiriləcək "Krasnodar" - "Qəbələ" hakimləri müəyyənləşib.
Newsport.az saytının məlumatına görə, Rusiyada keçiriləcək oyun polşalı hakimlərə həvalə olunub.
Görüşün baş hakimi olacaq Marçin Borskiyə həmyerliləri Rafal Rostkovski və Marçin Boniek köməklik edəcək. Dördüncü referi funksiyasını isə Krjiştof Mirmus yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Krasnodar" - "Qəbələ" Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.