"Qarabağ”-"Anderlext” matçı avstriyalı referilərə tapşrıldı

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ” "Anderlext” ilə qarşılaşacaq.

Newsport.az saytının məlumatına görə, Belçika təmsilçisi ilə Bakıda keçiriləcək oyunu avstriyalı hakimlər briqadası idarə edəcək.
 
Oyunun baş hakimi Oliver Draxta olacaq. Ona Roland Brandner və Ştefan Kür yardım edəcək. Manuel Şüttenqruber və Diter Mukenhammer əlavə köməkçi hakimlər olacaq. Ehtiyat hakim isə Roland Ridel olacaq. Darko Çeferin (Sloveniya) hakim-inspektor funksiyasını icra edəcəksə, Oljas Abrayev UEFA nümayəndəsi olacaq.
 
Qeyd edək ki, "Qarabağ” – "Anderlext” oyunu oktybarın 1-də Tofiq Bəhrəmaov adına Respublika stadionunda keçiriləcək. Matç saat 22:00-da başalayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right