Avropa Liqasında qrup mərhələsinin 2-ci turunda "Qarabağ" evdə "Anderlext"lə qarşılaşacaq.
Newsport.az saytının məlumatına görə, artıq komandaların oyunöncəsi son məşqinin və mətbuat konfranslarının da vaxtı bəlli olub.
Jurnalistlər önünə ilk olaraq Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov çıxacaq. Qurbanovun mətbuat konfransı sentyabrın 30-u saat 15:00-da başlayacaq. "Atlılar” oyun öncəsi son məşqinə isə saat 18:30-da çıxacaq.
Ardınca isə saat Belçika təmsilçisinin baş məşqçisi Besnik Hasi media mənsublarının suallarını cavablandıracaq. 19:30-da başalayacaq mətbuat konfransından yarım saat sonra, yəni 20:00-da isə brüsselilərin oyunqabağı son məşqi baş tutacaq.
Hər iki baş məşqçinin mətbuat konfransı və komandaların məşqi matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respubilka stadionunda baş tutacaq.
Qeyd edək ki, "Qarabağ” – "Anderlext” oyunu oktyabrın 1-də saat 20:00-start götürəcək.