Mahir oynadı, "Dinamo" "Viktoriya"ya uduzdu

Avropa Konfrans Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo" səfərdə "Viktoriya"nın qonağı olub. Qarşılaşma Çexiya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli də bu oyunun iştirakçısı olub. 26 yaşlı hücumçu matça start heyətində başlayıb və fasilədə əvəzlənib.

4 turdan sonra 3 xal toplayan "Dinamo" qrupda sonuncu yerdədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right