UEFA 2 həmyerlimizə təyinat verdi

Gələn həftə avrokuboklarda qrup mərhələsinin 2-ci turunun oyunları keçiriləcək.

Newsport.az-ın məlumatına görə, UEFA bu matçlar üçün 2 həmyerlimizə təyinat verib. Hər iki təyinat Avropa Liqası oyununadır.
 
Belə ki, hakim-inspektor Asim Xudiyev H qrupunun "Beşiktaş” (Türkiyə) – "Sportinq” (Portuqaliya) matçına təyinat alıb. Oyun oktyabrın 1-də İstanbuldakı "Atatürk" Olimpiya Stadionunda keçiriləcək. 
 
Orxan Hüseynzadənin "Rubin" (Rusiya) - "Bordo" (Fransa) matçında UEFA nümayəndəsi olacağını isə AFFA daha öncə də açıqlamışdı. Maraq üçün bu görüşün də oktyabrın 1-də, Rusiyanın Kazan şəhərindəki Mərkəzi stadionda keçiriləcəyini bildirək.
 
Azərbaycan klublarının oyunlarına gəlincə, eyni gündə baş tutacaq görüşlərə ilk təyinatlar məlumdur. "Qəbələ"nin Rusiya "Krasnodar"ı ilə səfər qarşılaşmasında Elmir Pilav (Bosniya və Herseqovina) hakim-inspektor, Sergey İlyiç (Belarus) UEFA nümayəndəsi, "Qarabağ"ın Belçika "Anderlext"i ilə ev oyununda Darko Çeferin (Sloveniya) hakim-inspektor, Oljas Abrayev (Qazaxıstan) UEFA nümayəndəsi olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right