Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Aris"in Bakı planı məlum olub.
Newsport.az-ın məlumatına görə, Limassol klubu paytaxtımıza iki gün əvvəl gələcək.
Aleksey Şpilevski rəhbərlik etdiyi kollektivin paytaxtımıza daha tez adaptasiya olması üçün bu addımı atacaq.
"Neftçi" - "Aris" görüşü iyulun 28-də "Bakcell Arena"da saat 21:00-da keçiriləcək.