"Fehervar"ın kapitanı: "Bilirdik ki, "Qəbələ" vaxt itirməyə və kobudluqlarla oyunu korlamağa çalışacaq"

"Qəbələ" Avropa Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyununda səfərdə "Fehervar"a 1:4 hesabı ilə məğlub olub.

Newsport.az-ın məlumatına görə, Macarıstan təmsilçisinin kapitanı Atilla Fiola matçdan sonra klubun rəsmi saytına açıqlama verib. 32 yaşlı müdafiəçi layiqli qələbə qazandıqlarını deyib:

"Matça pis başladıq, rəqibimiz önə keçdi və tələsik oynadıq. İlk hissə yaxşı keçmədi, ikinci hissədə isə yaxşı oynadıq. Daha ağıllı futbol sərgilədik, bir neçə şans yaratdıq və üç qol vurduq. İkinci 45 dəqiqədəki oyunumuza görə belə bir fərqlə layiqli qələbə qazandıq. Biz bilirdik ki, Azərbaycan komandası vaxt itirməyə və kobudluqlarla oyunu korlamağa çalışacaq. 4:1 hesablı uğurumuza baxmayaraq, revanş oyununa daha az fərqli nəticə varmış kimi ciddi hazırlaşacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right