"Neftçi"nin yeni baş məşqçisi: "Yeganə məqsədimiz çempionluqdur"

"Burada çox yaxşı insanlarla qarşılaşdım. İşini yaxşı bilən insanlardı. Onlarla əlaqə quruldu və məni Azərbaycana dəvət etdilər. Burada olmaqdan da məmmunam".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin yeni baş məşqçisi Laurençiu Reqekampf deyib.

"Neftçi TV"nin qonağı olan rumıniyalı mütəxəssis proqramın aparıcısı İsmayıl Abdullayevin suallarını cavablandırıb.

- Sizə “Neftçi”nin baş məşqçisi olmaq təklifi nə vaxt edilib? Çünki bir neçə namizədin adı hallanırdı, amma sizin isminizə rast gəlmədik...
- Heç kimin adımı hallandırmaması bir tərəfdən yaxşı oldu. Hətta deyərdim ki, Rumıniyada bunu gizlətmək elə də asan deyil. “Neftçi” böyük klubdu. Bir neçə məşqçi ilə danışıq aparmaqları normaldı. Onlar da klub üçün ən yaxşı seçim etmək istəyirdi. Şadam ki, seçimləri mənim üzərimdə oldu. Başqa mövzu haqda danışmaq istəmirəm. Çünki mənə aid deyil. Bu, klubun qərarıdı. Demək istədiyim odur ki, burada olduğumdan çox məmmunam.

- Azərbaycanda hədəfləriniz nədən ibarət olacaq?
- Harada işləmişəmsə, ancaq böyük uğurlar qazanmaq, çempion olmaq istəmişəm. Klubla mənim istəklərim və məqsədlərimin üst-üstə düşməsi yaxşıdı. Sözsüz ki, növbəti sezon üçün hədəfimiz çempionluqdu. Mən də bu çağırışa hazıram.

- “Neftçi”dəki ilk rəsmi matçınız gələn ay Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Aris”ə qarşı olacaq. Rəqib haqda məlumatlar əldə etmisiz?
- İlk öncə öz komandamı yaxşı tanımalıyam, necə oyunçulara sahib olduğumu bilməliyəm. Güclü kollektiv yaradıb, bu cür oyunlar üçün komandanı hazırlamalıyıq. Sabahdan komandamı analiz edəcəm. Baxaq görək, hansı mövqelərə oyunçu gətirə bilərik. Əlbəttə ki, yeni transferlər də komandanın səviyyəsini artırmalıdı. Bu prosseslərdən sonra “Aris”i analiz edəcəyik.

- Bildiyim qədərilə hücum futbolunu daha çox sevirsiz. Heyət formalaşdıqdan sonra arzuladığınız oyunu görməyiniz üçün nə qədər vaxt lazım gələcək?
- Eyni fəlsəfəyə sadiq qalacam, komandama hücum futbol oynadacam. Çox istəyirəm ki, topa daha mənim komandam sahib olsun. Söhbət təkcə formatdan getmir. Öz məşqçi heyətimlə komandamızı analiz edəcəyik.

- Məşqçilər korpusunda kimlərin yer alacağını dəqiqləşdirmisiz?
- Bəli. Hər zaman mənimlə çalışan insanlarla çalışacam. 

​- "Neftçi" azarkeşlərinə nə demək istəyirsiniz?
- Söz vermək asandı. Amma onlara onu deyə bilərəm ki, oynadığımız futbolla onlar üçün meydanda ölməyə də hazır olduğumuzu göstərəcəyik. Nəticə və oyunumuzla onları sevindirməyə də hazırıq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right