Azərbaycanlı hakimlər Konfrans Liqası matçını idarə edəcəklər

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev beynəlxlq oyuna təyinat alıb. Newsprot.az xəbər verir ki, o, Avropa Konfrans Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Petroklub” (Moldova) – “Sileks” (Şimali Makedoniya) qarşılaşmasının baş hakimi təyin olunub.
 
Məsiyevə bu oyunda yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Qarşılaşmada 4-cü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
 
Qeyd edək ki, sözügedən qarşılaşma iyulun 15-də Moldovanın paytaxtı Kişinyovda keçiriləcək. Bu komandalar arasındakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right